XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 16:26

İranda zəlzələ qurbanlarının sayı474 nəfərə çatdı

İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.

Trend-in məlumatına görə, yerli "Tasnim" agentliyi son rəqəm olaraq ölənlərin sayını 474 nəfər qeyd edib. Yaralıların sayı isə 9388 nəfər göstərilib.

Qeyd edək ki, İranın İraqla sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.