XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2017 - 19:38

Cənubi Koreyanın İKT malların ixracından gəlirirekord həddə çatıb

Asiyanın ən böyük 4-cü iqtisadiyyatına sahib olan Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) mallarının ixracından gəliri oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq aylıq 18,01 milyard ABŞ dollarına çatıb. Bu, ölkənin İKT mallarının ixracından əldə etdiyi rekord məbləğdə gəlirdir. Cənubi Koreya İKT mallarının xarici bazarda satışının artımı son 11 aydır davam edir.

Azərtac Cənubi Koreyanın Elm və İKT Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ixracın artmasının əsas səbəbi xarici bazarda kompüter çiplərinə, ekran panellərinə, kompüterlərə və xüsusən də yarımkeçiricilərə olan tələbatın çoxalmasıdır. Belə ki, Cənubi Koreya xaricə oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 72,4 faiz çox, başqa sözlə 9,6 milyard dollarlıq yarımkeçirici satıb. Bu, sentyabrda qeydə alınan rekord göstəricidən (9 milyard dollar) çoxdur.

Maraqlı məqam isə dünyada əsas mobil telefon istehsalçılarından biri kimi tanınan Cənubi Koreyanın mobil telefon cihazları ixracının azalmasıdır. Belə ki, oktyabrda mobil telefon ixracı 27,8 faiz azalaraq 1,89 milyard dollar səviyyəsinə enib.