XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 20:58

“Facebook” və “Google”a vergi tətbiq edəcəklər- Bu ölkədə

İsrail bu il ərzində “Google” və “Facebook” şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Marker” maliyyə qəzeti məlumat yayıb.

İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır.

Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".

M.Aşer bildirib ki, vergi şirkətin İsraildəki əməliyyatlarına görə ödənilə bilər. Bu məsələ ilə bağlı “Google” və “Facebook”dan hər hansı açıqlama verilməyib.