XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 21:57

Puçdemon Kataloniya böhranının həllinə razıdır- Vilayətin İspaniya tərkibində qalması şərti ilə də

İspaniyanın Kataloniya vilayətinin qanunsuz referendum təşkilinə görə vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri Karles Puçdemon bəyan edib ki, böhranın müstəqillik elan edilmədən də həll olunması şərtinə razıdır.

Azərtac xəbər verir ki, hazırda Brüsseldə olan Karles Puçdemon Belçika mətbuatına müsahibə verib. O deyib ki, Kataloniya probleminin “müstəqillik bəyannaməsi”ndən fərqli həlli yolu da mümkündür. O bildirib ki, Kataloniyada separatçı meyillərin artmasının səbəbkarı İspaniyanın hazırkı hökumətidir. Çünki 2010-cu ildə Kataloniya parlamentinin 135 üzvündən cəmi 14-ü müstəqillik tərəfdarı idi. İndi isə bu rəqəm 72-dir.

Xatırladaq ki, Karles Puçdemon və Kataloniya muxtariyyətinin keçmiş dörd naziri noyabrın 17-də Belçika məhkəməsi qarşısına çıxarılacaq. Məhkəmə bu şəxslərin İspaniya ədliyyə orqanlarına təhvil verilməsinə dair qərar qəbul etməlidir.