XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 22:18

Fox News:"Greencard proqramı üzrə ABŞ-a terrorçuluqda şübhəli bilinən 6 nəfər köçüb"

Greencard proqramı üzrə ABŞ-a terrorçuluqda şübhəli bilinən ən azı 6 nəfər köçüb. 

"Report" xəbər verir ki, bu barədə Fox News telekanalı Prezident Administrasiyasına istinadən xəbər yayıb.

Onlardan biri Nyu-Yorkda Hellouin zamanı 8 nəfərin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən terror aktını törətməkdə təqsirləndirilən Sayfullo Saipovdur.

O, 2010-ci ildə Özbəkistandan ABŞ-a köcüb.

Telekanal xəbər verir ki, Greencard lotereyası üzrə hər il 50 minə qədər immiqrasiya vizaları verilir.

Manhettendə baş verən terror aktından sonra ABŞ Prezidenti Donald Tramp 1990-ci ildə başlanan Greencard lotereyası üzrə proqramı bağlamaq niyyətində olduğunu bildirib. O, bunun üçün ABŞ Konqresinin razılığını almalıdır.