XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 15:20

Ev dustağı olan prezident istefa təklifini rədd etdi:"Postumu tərk etməyəcəm"

Zimbabvenın prezidenti Robert Muqabe istefaya getmək təklifini qəbul etməyib.

Bu barədə ölkə təhlükəsizlik qüvvələri xarici KİV-ə məlumat veriblər.

Məlumata görə, R.Muqabe ilə hazırda ölkədə vəziyyətə nəzarət edən hərbçilər arasında danışıqlarda vasitəçi rolunu katolik keşiş Fidelis Mukonori öz üzərinə götürüb.

R.Muqabe seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb/Trend.