XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 16:25

Rəsmi Moskvadan Ər-Riyada sığınan Livanın baş naziri haqda açıqlama:"Səfirimizlə görüşür”

Rusiya Ər-Riyaddakı Səfirliyi vasitəsilə Livan Baş naziri Saad Həriri ilə əlaqə qurur.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

“Həriri indiyə qədər Səudiyyə Ərəbistanındadır. O, xarici ölkə nümayəndələri, o cümlədən bizim səfirliklə də görüşlər keçirir”, – deyə o, bildirib/Axar.az.

Qeyd edək ki, Həriri Ər-Riyada səfəri zamanı istefa verdiyini açıqlamışdı. O, bu addımı İranın ona qarşı sui-qəsd təşkil etmək istədiyinə görə atdığını bildirmişdi. Lakin sonradan Həriri fikrini dəyişərək ölkəyə geri dönəcəyini və vəzifəsini icra edəcəyini bildirib.