XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 22:30

“Həriri öz iradəsi ilə istədiyi zaman ölkəni tərk edə bilər” –Səudiyyənin xarici işlər naziri

"İstefa verdiyini elan edən Livanın Baş naziri Saad Həriri öz iradəsi ilə Səudiyyə Ərəbistanında qalır və istədiyi zaman ölkəni tərk edə bilər".

Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr fransalı həmkarı Jan-İv Le Drian ilə Ər-Riyadda keçirdikləri birgə mətbuat konfransında bildirib.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən postundan istefa verdiyini elan edib. Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərib. Eyni zamanda vurğulayıb ki, həyatı təhlükə altındadır.

Noyabrın 14-də isə Saad Həriri özünün Tvitter səhifəsində Səudiyyə Ərəbistanında könüllü qaldığını və yaxın günlərdə Beyruta qayıdacağını yazıb.

Livan Prezidenti Mişel Avn Saad Həririnin şənbə günü öz ailəsi ilə birlikdə Parisə gedəcəyini bildirib. Baş nazir bir neçə gün orada qaldıqdan sonra Beyruta qayıdacaq/Axar.az.