XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2017 - 20:12

İŞİD-çi kamikadze özünü Suriyanın şərqində  partlatdı –35 nəfər öldü

Suriyanın şərq bölgəsində, Deyr-ez-Zor əyalətində partlayış baş verib.

 APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət-keçid məntəqəsində terrorçu-kamikadze özünü partladıb.

 Hadisə nəticəsində azı 35 nəfər ölüb. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.