XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 20:50

BMT-dən həyəcanlı xəbərdarlıq:“Yəməndə 7 milyon insan aclıq təhlükəsi qarşısındadır”

Birləşmiş Millətlər Təşkilatının üç qurumu Səudiyyə liderliyində olan koalisiyaya Yəməni blokadaya salmaqla minlərlə insanın həyatını təhlükəyə atdığına dair xəbərdarlıq edib.

Paytaxt Sanada minlərlə yəmənli küçələrə çıxaraq, blokada əleyhinə aksiyası keçirib. Dünya Qida Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in açıqlamalarına görə blokada səbəbindən 7 milyona yaxın insan aclıq təhlükəsi qarşısındadır. Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, cümə günündən etibarən Yəmənin üç şəhərinə təmiz su verilməsinin dayandırılması bir milyona yaxın insanı xolera epidemiyası və digər su vasitəsilə yayılan xəstəliklərə yoluxmaq riski altında qoyub.

Qlobal tənqiddən sonra Səudiyyə Ərəbistanı vətəndaş müharibəsinin getdiyi Yəmənin nəzarət etdiyi bəzi limanlardakı məhdudiyyətləri qismən azaldıb. Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Huti üsyançılarına qarşı mübarizə aparmaq məqsədilə Yəmənlə əməkdaşlıq edərək, prezident Abedrabbo Mansur Hadinin hakimiyyətini bərpa etməyə çalışır. (Amerikanın Səsi)