XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2017 - 23:00

Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin birja hesablarını dondurub

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunaraq həbs edilən şahzadələrin fond birjalarındakı ticarət hesablarını dondurub.

Trend-in məlumatına görə, ölkənin sərmayə bazarları rəhbərliyi həbsdə olan şahzadələrin və sahibkarların birja hesablarının dondurulmasını əmr edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlardan biri şahzadə Əl-Valid bin Taləl də var.