XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 13:20

Livanın istefa verən Baş naziri Saad HaririFransaya gəlib

Livanın istefa verən Baş nazir Saad Hariri noyabrın 18-də Prezident Emmanuel Makronla görüşmək üçün Səudiyyə Ərəbistanından Fransaya gəlib. Bu barədə məlumatı France-Presse agentliyi yayıb.

Azərtac xəbər verir ki, Livan televiziyası Haririnin və həyat yoldaşının Parisdəki evlərinə gəldiyini əks etdirən videokadrlar göstərib. Onun Fransada Livanın Baş naziri kimi qarşılandığı bildirilir.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən öz postundan istefa verdiyini elan edib. O, istefasını xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışması, ölkəsində və ərəb dünyasında nifaq toxumu səpilməsi və ona qarşı sui-qəsd hazırlanması ilə əsaslandırıb.

Livan Prezidenti Mişel Aun və bəzi analitiklər Baş nazirin krallıq hökuməti tərəfindən zorla saxlanıldığını iddia edirdilər. Noyabrın 14-də isə Saad Hariri özünün “Twitter” səhifəsində Səudiyyə Ərəbistanında könüllü qaldığını və yaxın günlərdə Beyruta qayıdacağını yazmışdı.

Bundan bir qədər sonra France-Presse agentliyi xəbər vermişdi ki, Hariri Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə gələcək. Dəvətini şərh edən Makron onu “siyasi sığınacaq təklifi” deyil, “dostluq jesti və bu ölkədə sakitliyə dəstək olmaq cəhdi” adlandırıb.