XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 14:07

Zimbabvedə nümayişlər başladı- Muqabenin istefası tələb olunur

Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb.

Trend-in məlumatına görə, uzun illərdir ölkəni idarə edən Robert Muqabe hakimiyyətindən narazı insanlar onun istefasını tələb edirlər.

Etirazçılar dinc nümayiş keçirirlər.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Bundan sonra R.Muqabe istefa verməyəcəyini və seçki keçirilməsini tələb edib.