XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 15:11

Braziliyanın futbol yığması dünyadaən bahalı heyətdir

Braziliyanın futbol yığması oyunçuların transfer qiyməti baxımından, Rusiyada keçiriləcək “DÇ-2018”də ən bahalı iştirakçı komanda olacaq.

Azərtac “Transfermarkt” saytına istinadla xəbər verir ki, Braziliya yığmasının beşqat dünya çempionu olan futbolçularının ümumi qiyməti 671,5 milyon avrodur. İlk beşliyə, həmçinin İspaniya (643,5 milyon), Almaniya, Fransa (hər biri 636,5 milyon) və Argentina (528,5 milyon) daxildir.

Hazırda Avropa çempionu olan Portuqaliya yığması reytinqdə doqquzuncu yerdədir. “DÇ-2018”də ən ucuz komandalar Kosta-Rika (21,8 milyon), Səudiyyə Ərəbistanı (18,83 milyon) və Panama (5,25 milyon) yığmalarıdır.

Rusiya ərazisində tarixdə ilk dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.