XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 17:46

Livanın istefa verən baş naziri ölkəsinə dönəcək:"Müstəqillik günü ilə bağlı tədbirlərdə iştirak edəcəm"

Livanın istefa verən Baş naziri Səid Həriri noyabrın 21-də ölkəsinə qayıdacaq.

O, bu barədə ölkə Prezidenti Mişel Aun və parlamentin sədri Nəbih Berri ilə telefon danışığı zamanı məlumat verib.

Həriri Livanın Müstəqillik Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, S.Həriri həyat yoldaşı ilə birlikdə Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Səudiyyə Ərəbistanından Parisə gedib. Onun Fransa prezidenti ilə görüşü nəzərdə tutulub/Report.