XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 18:58

Dünyanın ən iri hava gəmisi qəzaya uğrayıb- Böyük Britaniyada

Britaniyada dünyanın ən iri hava gəmisi olan “Airlander 10” qəzaya uğrayıb.

Azərtac “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, özündə təyyarə və dirijablın xüsusiyyətlərini birləşdirən uçan aparat Bedfordşir qraflığında yerə çırpılıb.

Şahidlərin sözlərinə görə, hava gəmisi ağaclara ilişib, onun budaqları uçan aparatın korpusunu zədələyib və helium qazı sızmağa başlayıb. Nəticədə “Airlander 10” aparatının 20 tonluq kabinəsi qəzadan sonra yararsız hala düşüb.

Uzunluğu 92 metrə çatan uçan aparatın yaradılması “Hybrid Air Vehicles” kompaniyasına 100 milyon funt-sterlinqə başa gəlmişdi. O, 4,9 kilometr yüksəyə qalxır və saatda 148 kilometr sürət yığırdı. “Airlander 10” helium sayəsində havada iki həftəyə yaxın qala bilirdi.