XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 19:46

Zimbabve prezidenti postunu tərk etməkniyyətində deyil

Çərşənbə günündən ev dustaqlığında olan Zimbabvenin hazırki prezidenti Robert Muqabe istefaya getmək fikrində deyil. Bu barədə Trend Reuters agentliyinə istinadən xəbər verir.

Prezidentin qohumlarından biri deyib ki, Muqabe və onun həyat yoldaşı "haqq yolunda ölməyə hazırdırlar" və hakimiyyətdən imtina etməyə niyyətləri yoxdur. O eyni zamanda bildirib ki, 93 yaşlı prezident özünü yaxşı hiss edir.

Şənbə günü, Muqabenin istefasını tələb edən minlərlə nümayişçi Zimbabvenin paytaxtı Xararedə prezident sarayına doğru hərəkət etdikləri zaman dayandırılıb silahlı ordu bölmələri tərəfindən dayandırılıblar.