XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 19:57

KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb- ABŞ-da

Ağ Ev Koreya Xalq Demokratik Respublikasının (KXDR) Amerika ərazisinə mümkün raket hücumu əleyhinə iki eksperimental strategiya hazırlayıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" yazıb.

Məlumata görə, birinci strategiya KXDR-in ballistik raketlərinin işə salınması sistemlərinə kiber hücümün təşkilini və  raket sisteminin işə salınmasının qarşısını almağa imkan verəcək başqa üsullarını nəzərdə tutur.

İkinci strategiya bilavasitə raketləri onlar "sürətlənmə mərhələsini" keçdikdə vurub salmağı təklif edir. Qəzet qeyd edir ki, ballistik raketlər işə salındıqdan dərhal sonra daha gözə çarpan və yüngül hədəf olacaqlar. 

Amerika prezidentinin administrasiyası KXDR-in raketlərini vurub salmaq üçün qırıcılardan və pilotsuz təyyarələrdən istifadə etməyi təklif edir.