XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 21:02

Aİ üzvü olan ölkələrin vətəndaşlarının sosial hüquqlarına dairbəyannamə imzalanıb

Cümə günü axşam İsveçin Höteborq şəhərində Avropa İttifaqının sosial problemlərə həsr edilmiş sammiti başa çatıb. Sammit çərçivəsində İttifaqa daxil olan ölkələrin vətəndaşlarının sosial hüquqlarına dair bəyannamə imzalanıb.

Azərtac İsveç KİV-lərinə istinadla bildirir ki, yeni bəyannamənin tərtib olunmasında siyasətçilərlə yanaşı, biznes-liderlər, habelə həmkarlar ittifaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Sənəddə insanların həyatı üçün daha ədalətli sosial və iqtisadi mühit yaradılması, habelə əmək bazarından daha ədalətli istifadənin təmin olunması məqsədilə qəbul edilmiş 20 əsas prinsip öz əksini tapıb. Buraya işsizlərin yardım almaq hüququ, minimum əməkhaqqı səviyyəsinin artırılması, eyni iş müqabilində qadınların kişilərlə bərabər əməkhaqqı almaq hüququ, əməyin ödənilməsi məbləği təyin edilərkən şəffaflıq və digər məsələlər daxildir.

Sənədin imzalanması mərasimi başa çatandan sonra İsveçin baş naziri Stefan Löven çıxış edib. İsveç hökumətinin başçısı Aİ ölkələri ərazisində insanlar üçün daha ədalətli sosial mühit yaradılmasının zəruriliyini qeyd edərək vurğulayıb ki, Avropa İttifaqı üzrə statistika xidmətinin məlumatına görə, Aİ ölkələrinin sakinlərinin 23 faizi sosial baxımdan müdafiəsizlik və təcridolunma kimi hallarla üzləşirlər. S.Löven deyib: “Qəti əminəm ki, Avropa İttifaqına və onun təsisatlarına etimadı artırmağın ən yaxşı üsulu insanların gündəlik həyat şəraitinin real yaxşılaşdırılmasını təmin etməkdir”.