XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

19 Noyabr 2017 - 16:38

Zimbabve prezidenti Muqabe hakim partiyanın sədripostundan uzaqlaşdırılıb

Bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib.
 
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, iclasda ölkənin 93 yaşlı prezidenti Robert Muqabe partiyanın sədri postundan çıxarılıb.
 
Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.