XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 17:36

Çin 2030-cu ildə futbol üzrə dünya çempionatınaev sahibliyi etməyi planlaşdırmır

Çin Futbol Assosiasiyası (ÇFA) 2030-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyib. Assosiasiya bununla bağlı yayılan fikirlərə cavab olaraq bildirib ki, Çinin mundialın təşkili üçün müraciət etmək barədə planı yoxdur.

Azərtac xəbər verir ki, ÇFA yerli “Chengdu Business Daily” qəzetinin ölkənin futbol üzrə yığma komandasının baş məşqçisi Marçello Lippiyə istinadla Çinin 2030-cu ildə dünya çempionatına ev sahibliyi üçün müraciət edəcəyi ilə bağlı xəbərləri təkzib edib. Assosiasiya jurnalistlərin Lippinin sözlərini yanlış başa düşdüklərini bəyan edib.

Qəzetin bu barədəki xəbərindən sonra “Sina Weibo” sosial şəbəkəsinin 15 milyondan çox istifadəçisi Çinin futbol üzrə dünya çempionatına ev sahibliyi etməsini ölkə üçün faydasız hesab ediblər. Onlar milli komandanın gələn il Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmaq gücündə olmadığı halda, 2030-cu ildəki yarışa ev sahibliyini ayıb və xeyli maliyyə vəsaitinin göyə sovrulması kimi qiymətləndirib, həmin vəsaitin daha vacib istiqamətlərə, məsələn futbolçuların yetişdirilməsinə yönəltməyin məqsədəuyğun olduğunu bildiriblər.

Qeyd edək ki, mart ayında Cənubi Koreya Futbol Assosiasiyasının prezidenti Çun Mun-qyu 2030-cu ildə futbol üzrə dünya çempionatını ölkəsinin Çin, Yaponiya və Şimali Koreya ilə birgə təşkil etməsi təklifini irəli sürmüşdü.