XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 19:57

İtaliyada zəlzələ olub- 4,4 bal gücündə

İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrindən 20 kilometr radiusda 97 min insan yaşayır.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilmir.