XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 10:55

İndoneziya parlamentinin sədri həbs olundu –Rüşvətdə və dövlət pulunu talamaqda ittiham olunur

İndoneziya parlamentinin sədri Setiyu Novanto həbs olunub.

“RİA "Novosti” xəbər verir ki, bunu İndoneziya KİV-i yazıb. Məlumata görə, o, dövlətin 170 milyon dollara yaxın maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur. Parlament sədrinin əməlini ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası araşdırır və bu komissiyanın sanksiyası ilə həbs olunub.

İnformasiyaya əsasən, 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsini nəzərdə tutan layihəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin mənimsənliməsində S.Novantonun da adı hallanır.

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ötən həftə parlament sədrinin evində axtarış aparıb. O, həmin gün evdə olmayıb. Hökumət orqanları S.Novantonu növbəti gün öz avtomobilində qəzaya düşəndən sonra tapıb. O, müayinə olunmaq üçün dövlət xəstəxanalarından birinə yerləşdirilib. Həkimlər onun səhhətində ciddi problem olmadığnı bildiriblər. Evinə qayıdan parlament sədrini noyabrın 20-də əlil arabasında sorğulamaq üçün komissyaya aparıblar.

Onun növbəti dindirilməsi noyabrın 30-da keçiriləcək. (Report)