XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 21:58

Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi istefa verib


Suriya müxalifətinin liderlərindən biri, ölkənin sabiq baş naziri Riyad Hicab Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi vəzifəsindən istefa verib.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Riyad Hicabın istefası bir neçə gündən sonra Ər-Riyadda müxalifətin keçirəcəyi görüş ərəfəsində baş tutub. Görüş Cenevrədə BMT himayəsi altında keçirilən danışıqların iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib. Səudiyyə Ərəbistanı paytaxtında görüş noyabrın 22-24-ə planlaşdırılıb. (APA)