XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 23:10

Tramp Şimali Koreyanı terrorizmin sponsoru adlandırdı –Sabah iqtisadi cəzalar  açıqlanacaq

ABŞ prezidenti Şimali Koreyanı terrorizmin sponsoru adlandırıb. Donald Tramp bu bəyanatla Ağ Evdə çıxış edib.

Prezident bildirib ki, yubadılmış bu addım Şimali Koreyaya qarşı maksimal təzyiq kampaniyasının bir hissəsidir. ABŞ dövlət başçısı əlavə edib ki, Amerika Pxenyana qarşı əlavə sanksiyalar tətbiq edir. Onun dediyinə görə, ABŞ-ın Maliyyə Nazirliyi o ölkəyə qarşı iqtisadi ölçüləri sabah açıqlamalıdır.

Şimali Koreya ABŞ-ın terrozimi dəstələyən ölkələr siyahısına daxil etdiyi sonuncu ölkədir. 2008-ci ildə o ölkə nüvə proqramının müzakirəsi məqsədi ilə siyahıdan çıxarılmışdı. (Amerikanın Səsi)