XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 14:06

İran prezidenti Soçiyə gəldi:“İraq və Suriyada terrorizmin dayaqları dağıldı” - BƏYANAT

İran prezidenti Həsən Ruhani İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında iştirak etmək üçün Soçi şəhərinə gəlib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, Həsən Ruhani bu gün səhər Tehranı tərk etməzdən öncə jurnalistlərə deyib ki, Suriyanın gələcəyi bu ölkə xalqının öz əlində olacaq: “İraq və Suriyada terrorizmin dayaqları dağılıb. İranın regionda terrorizmə qarşı mübarizəsi terrorçuların kökü kəsilənə kimi davam edəcək”.

İran prezidenti həmçinin, İran, Rusiya və Türkiyənin Suriya böhranının həlli istiqamətində Qazaxıstanın paytaxtı Astana şəhərində aparılan müzakirələrin uğur əldə etməsində qətiyyətli olduqlarını deyib: “Bu nailiyyətlərin davamında bu gün  Rusiyanın Soçi şəhərində İran, Rusiya və Türkiyə prezidentləri səviyyəsində yüksək səviyyəli iclas keçiriləcək”.  İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli Soçi iclasının əsas məqsədi Suriya böhranı ilə bağlı Astana müzakirələrinin nəticələrini araşdırmaq və Suriyada siyasi proseslərin başlanmasına zəmin yaratmaqdır.

İran prezidentinin Soçidə Rusiya və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri də olacaq.