XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 19:00

Putin, Ərdoğan və Ruhani bir stolun arxasında –Soçidə “Suriya sammiti” başladı -FOTO

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb.

TASS agentliyinin verdiyi xəbərə görə, görüş Suriya probleminə həsr olunub.  Prezident Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, aparılan geniş hərbi əməliyyatlar sayəsində Suriyanın tənəzzülünün qarşısını almaq mümkün olub. Putin həmçinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astanada aparılan danışıqlara toxunub. O, İran və Türkiyə liderlərinin xüsusi rolunu vurğulayaraq bildirib ki, onlarsız Suriyada siyasi nizamlanma mümkün olmazdı. Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib. (APA)