XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 20:12

Gürcüstan DTX-dan Tbilisidəki əməliyyatla bağlı açıqlama:"3 terrorçu zərərsizləşdirilib, bir nəfər xüsusi təyinatlı həlak olub, 2-si yaralanıb"

Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: “Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.

APA