XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 20:30

“Əldə etdiyimiz razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək” –Putin

Rusiya Federasiyası, İran və Türkiyə arasında əldə olunan razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək və Yaxın Şərqdə gərginliyi azaldacaq.

“RİA Novosti” agentlinin verdiyi məlumatına görə, bunu Rusiya prezidentiVladimir Putin İran və Türkiyə dövlət başçıları ilə görüşdən sonra bildirib: "Ümid edirəm ki, əldə edilən razılaşmalar Suriyada sülh prosesini sürətləndirməyə imkan verəcək, yeni münaqişələrin, etnik  və konfessiyalar arası qarşıdurmaların yaranma risklərini azaldacaq və nəticədə Yaxın Şərqdəki ümumi vəziyyətə müsbət təsir göstərəcək".

Rusiya prezidenti İran və Türkiyə prezidentlərinə faydalı və məhsuldar söhbətə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Suriya  probleminə həsr olunub. (APA)