XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 21:11

Myanma hakimiyyəti BMT komissiyasını ölkəyə buraxmır

Myanma rəhbərliyi BMT-nin müsəlmanlara qarşı baş verənlərin araşdırılması üçün komissiyanı bölgəyə buraxmır.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Marzuki Darusman İndoneziyanın paytaxtı Cakartada keçirdiyi mətbuat konfransında bildirib. "Amnesty International" təşkilatı “Açıq havada həbsxana: Myanmanın Arakan əyalətində irqçilik” adı altında kampaniya təşkil edib: "Myanma hakimiyyəti bizimlə danışıq aparmağa hazır deyil. Ümid edirəm ki, biz danışıqlar aparacağıq. Myanma hakimiyyətinin baş verənlərlə bağlı açıqlamalarını eşidəcəyik”, – o vurğulayıb.

Qeyd edək ki, cari il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman Banqladeşə sığınıb.