XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 22:18

ABŞ “Taliban”ın narkotik fabriklərini vurdu –44 qaçaqmalçı öldürülüb

ABŞ və Əfqanıstanın hava zərbələri nəticəsində Talibanın narkotik maddələr fabrikləri və laboratoriyaları sıradan çıxarılıb. Helmənd vilayətində həyata keçirilən əməliyyat zamanı 44 narko-qaçaqmalçı öldürülüb.

Rəsmilərin bildirdiyinə görə, birgə əmliyyat terrorimzlə mübarizə proqramı üzrə həyata keçirilib.

Regional komandir, general Vali Məhəmməd Əhmədzai “Amerikanın Səsi”nə bildirib ki, narkotik istehsal edən mərkəzlərin bombalanması çərşənbə axşamı günündən başlayaraq, çərşənbə günü səhərədək davam edib.

O, Talibanın Bərhamca bazarının hədəf alındığını bildirib. Pakistanla sərhəd bu ucqar bölgə Əfqansıtanın narkotik qaçaqmalçılığının mərkəzi hesab edilir. General əməliyyat zamanı neçə nəfər olduğunu deməsə də, qaçaqmalçıların öldürüldüyünü təsdiqləyi.