XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 23:09

Həsən Ruhani:“Milli Dialoq Konqresi Suriyanın yeni Konstitusiyasını tərtib etməyə kömək edəcək”


“Milli Dialoq Konqresi Suriyanın yeni Konstitusiyasını tərtib etməyə kömək edəcək”.

TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani Rusiya-İran-Türkiyə dövlət başçılarının Soçidə keçirilən sammitindən sonra bəyan edib.

Ümid edirik ki, Konqres Suriyada sülh və sabitliyə nail olmaq üçün yeni bir addım olacaq, yeni konstitusiya əsasında azad seçkilərin keçirilməsinə imkan yaradacaq”, deyə  Ruhani bildirib.

Onun sözlərinə görə, konqresin baş tutması üçün Rusiya, İran və Türkiyə mövqelərini əlaqələndirəcəklər. “Biz bütün ölkələri Suriyada sülhün bərqərar olmasına, qaçqınların vətənlərinə qaytarılması üçün şərait yaradılmasına və Suriya iqtisadiyyatının bərpası üçün yardım etməyə çağırırıq”, deyə H.Ruhani qeyd edib.(APA)