İŞİD-in mövqeləri 13 dəfə hava hücumuna tuş olub
ABŞ son iki gün ərzində İŞİD-in Suriya və İraqda zəbt etdiyi ərazilərə aviazərbə endirib.
Strateq.az İsrail mətbuatına isnadən xəbər verir ki, ABŞ və müttəfiqləri Suriyada 3, İraqda isə 10 aviazərbə gerçəkləşdirib.
Məlumatı Amerika hərbçiləri yayıblar. Suriyaya endirilmiş aviazərbələrin hamısı terrorçuların Kobani şəhərindəki mövqelərini hədəfə alıb. İraqda isə Bayci, Mosul, Ramadi və Sincardakı hədəflər zərbəyə məruz qalıb.