XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 15:17

Myanmadan qaçan müsəlmanlar doğma yerlərinə qaytarılacaq –Razılaşma imzalandı

Banqladeşlə Myanma arasında Arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.

Qeyd edək ki, bu il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman doğma torpaqlarını tərk edərək Banqladeşə sığınıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Reks Tillerson Myanmada müsəlmanlara qarşı törədilənləri “etnik təmizləmə” adlanıdırıb.