XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2017 - 10:04

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib –Ədliyyə naziri

Ankara FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Nazirin sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb. O əlavə edib ki, bununla yanaşı, Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir.