“İran Suriya, İraq və Livana kömək etməsəydi, hazırda Bağdad, Dəməşq və Beyrut İŞİD-in əlində idi”.
Strateq.az bildirir ki, bu sözləri İranın dini lideri Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın 2-ci televiziyasına verdiyi müsahibəsində bildirib. O, qeyd edib ki, Suriya və İraqın qanuni hökumətləri bu ölkələrin rəsmilərinin açıqlamalarına əsasən, İŞİD-lə mübarizə üçün İrandan kömək istəyib: “İran regiondakı nüfuzu dostluq nüfuzudur və İran qonşularını qorumaq üçün özünü fəda edir”.
Beynəlxalq məsələlər üzrə müşavir vurğulayıb ki, Avropa ölkələrinin güclənmək üçün birləşdikləri və Avropa Birliyini təşkil etdikləri halda, Yaxın Şərq və islam ölkələrinə nüfuz və istila üçün onları parçalamaq istəyirlər.