XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 11:38

Qırğızıstan prezidenti:“Rusiya ilə strateji tərəfdaşlıq kursunu gücləndirəcəm”

“Rusiya ilə strateji tərəfdaşlıq kursu gücləndiriləcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğızıstanın yeni seçilən prezidenti Sooronbay Jeenbekov andiçmə mərasimində deyib. 

Ölkə vətəndaşlarına müraciət edən dövlət başçısı vurğulayıb ki, istənilən yerliçiliyə, milliyyətçiliyə və qohumbazlığa qarşıdır: “Bunların dövlət idarəetmə orqanlarında yayılmasına yol verməyəcəyəm. Respublikada 100-ə yaxın etnik qrup yaşayır. Onların arasında barış ölkənin inkişafı üçün başlıca vəzifədir”.

Qeyd edək ki, noyabrın 24-də Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi olub. Tədbirdə ictimai xadimlər, yaradıcı şəxslər, elm adamları, parlamentin deputatları, hökumət üzvləri, diplomatik təmsilçiliklərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ümumilikdə 450 nəfər iştirak edib.

Xatırladaq ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın nümayəndəsi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54,81 faiz səs toplayaraq qalib gəlib.