XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 13:05

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik:"İran götürdüyü öhdəlikləri yerinə yetirib"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2017-ci il üçün hesabatı dərc olunub.

Azərtac-ın məlumatına görə, hesabatda bildirilib ki, İran Qərb ölkələri ilə 5+1 formatında apardığı danışıqlara və əldə olunan razılaşmaya sadiq qalıb.

Qeyd olunub ki, 2015-ci ildə İranın BMT-nin 5 daimi üzvü və Almaniya ilə imzaladığı Hərtərəfli Birgə Fəaliyyət Planına əsasən atdığı addımlar beynəlxalq hüquqa uyğundur.

Hesabatda diqqətə çatdırılıb ki, İran razılaşmaya əsasən özünün nüvə proqramını məhdudlaşdırmaq istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Agentliyin mütəxəssisləri İranda apardıqları monitorinq zamanı heç bir qanunsuz fakt aşkar etməyiblər.