XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 14:07

ABŞ-da “qara cümə”satışları başlayıb

Noyabrın 24-də gecə yarısı bir çox ölkədə, ilk növbədə isə ABŞ-da mövlud endirimləri aksiyalarının keçirildiyi “qara cümə” günü başlayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, ticarət mərkəzləri gecə yarısına bir neçə saat qalmış öz qapılarını müştərilərin üzünə açıb, ucuz qiymətlərə məhsul almaq istəyən alıcılar isə uzun növbələrə düzülüb. Soyuq havaya baxmayaraq, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsi olan “Walmart” mağazalar şəbəkəsinin Nyu-Cersi ştatındakı filialı, habelə Best Buy” elektron mağazalar şəbəkəsinin yerli bölməsi qarşısında satışların başlamasını gözləyən minə yaxın müştəri yığışıb.

Bu il alıcılar arasında populyar olan məhsullar arasında birinci yerdə televizorlar, sonra isə oyun vasitələri və mobil qurğular gəlir.