XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 14:56

Kamikadze polis rəisinin müavinini öldürdü- Pakistanda

Pakistanın Pişəvar şəhərində kamikadze öz motosikli Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə çırpıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb.

Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.

Məlumata görə, əslində, kamikadzenin hədəfi Hayber-Patunxva şimal-qərb əyalətinin baş polis müfəttişi Əşrəf Nur olub.

Hadisə nəticəsində polis rəisinin müavininin avtomobili yanıb. Xəsarət alan 6 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.