İraqın birgə hərbi qüvvələri Səlahəddin və əl-Anbar vilayətləri arasında Bicinin şimalında əl-Malihə bölgəsini azad edib.
Strateq.az bildirir ki, bu barədə İRİB məlumat yayıb. Bu bölgə Əlcəzirə səhrasının azad edilməsi əməliyyatı çərçivəsində təmizlənib. İraqın Birgə Əməliyyat Qərargahının sözçüsü bildirib: “Səlahəddin, əl-Anbar və Neynəva vilayətlərinin səhra bölgələrində İŞİD terrorçuları əleyhinə aparılan bu əməliyyat bu qruplaşmaya qarşı sonuncu hərbi əməliyyatdır”.
İraq qüvvələri bu istiqamətdə Nenyəva, Səlahəddin və əl-Anbar vilayətləri arasında qərb səhrasında böyük əraziləri və 20 kəndi İŞİD terror qruplaşması ünsürlərinin qalıqlarından təmizləmək üçün əməliyyatın keçirildiyini bildiriblər.