XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 17:35

Tramp Ərdoğana zəng vurdu:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi” - YENİLƏNİB

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

Bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə  telefon danışığı zamanı Orta Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

 ABŞ-ın Orta Şərqə müdaxiləsinin əvvəldən yanlış olduğunu söyləyən D. Tramp deyib ki, bu, trilyonlarla dollar vəsait və çoxlu sayda insan itkisinə səbəb oldu: “Orta Şərqdə üstümdə qalan bu problemi həll edəcəyəm, amma 6 trilyon və canlar itirməymiz səhv idi”. (APA)

***

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, liderlər Yaxın Şərq regionunda sülhün təmin bərqərar edilməsinə dair müzakirələr aparıblar.

Danışıqların detallarının bir azdan açıqlanması gözlənilir.