XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 20:45

Ərdoğan Kılıcdaroğlunu məhkəməyə verdi –300 min dollardan artıq təzminat istəyir

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əsas müxalifət partiyasının, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunu məhkəməyə verib.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Kamal Kılıcdaroğlundan mənəvi təzminat tələb edib.

Türkiyə prezidenti özünə, övladlarına və ailəsinə yönəlik təhqiramiz ifadələrə görə CHP sədrini məhkəməyə verib və ondan 1,5 milyon lirə (381 772 dollar) məbləğində təzminat istəyib.