XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 23:05

Lukaşenko:“Ölüm hökmünü ləğv etməyə ixtiyarım yoxdur”

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Qomel vilayətinə səfəri zamanı etdiyi çıxışında bildirib ki, onun ölüm hökmünün saxlanılması barədə xalqın qəbul etdiyi qərarı dəyişməyə ixtiyarı yoxdur.

Virtualaz.org Belarus prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, Lukaşenko çıxışında bildirib: “Mən təkbaşına xalqın verdiyi qərarı dəyişə bilmərəm”.

Qeyd edək ki, 1996-cı ildə Belarusda ölüm hökmünün saxlanıb-saxlanmaması barədə referendum keçirilib. O vaxt vətəndaşların 80%-dən çoxu ölüm hökmünün qalmasına səs verib. Ölüm hökmü Belarusda müstəsna hallarda – xüsusilə ağır cinayətlərə görə tətbiq edilir. 2016-cı ildə bu cəza növü dörd dəfə icra olunub.