XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 10:11

Bloomberg:"Ceff Bezosun sərvəti 100 milyard dollara çatıb"

Amazon internet şirkətinin sahibi Ceff Bezosun sərvəti cümə günü 100 milyard dollara çatıb.

Azərtac xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Agentlik bildirir ki, Bezosun kapitalı Amazon-nun səhmlərinin bahalaşması sayəsində artıb. Bu da öz növbəsində ABŞ-da keçirilən və ticarət obyektlərinin böyük endirimlər etdiyi “qara cümə”də satışların artması səbəbindən baş verib.

Ötən ayın sonlarında 53 yaşlı Bezos milyarderlər reytinqində Microsoft-un banisi Bill Qeytsi sıxışdıraraq birinci yeri tutub. Həmin vaxt Amazon-unun sahibinin sərvəti 93 milyard dollardan bir qədər çox idi. İndiyədək 100 milyard həddini 1999-cu ildə Bill Qeyts keçib. Hazırda isə onun sərvəti 89 milyarda qədər azalıb.