XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 10:30

Tbilisidə antiterror əməliyyatı:saxlanılan şübhəli şəxsin kimliyi məlum olub

Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı ələ keçirilən terrorçu, ilkin məlumatlara görə, Rusiya vətəndaşı Suxo Dudaeyevdir.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan Pirveli radiosu (birinci radio) xəbər yayıb.

Məlumatda deyilir ki, bu gün məhkəmənin hökmü ilə terrorçu qruplaşma ilə əlaqəli olmaqda şübhəli bilinən S.Dudayev haqqında həbs-qətimkan tədbiri seçilib. Müttəhimin şəxsi xahişinə əsasən, adı və soyadı tam açıqlanmasa da onun məhz Suxo Dudayev olduğu bildirilir.

Xüsusi əməliyyat zamanı “təkəlli Əhməd” ləqəbli Axmed Çatayev qətlə yetirilib. Suxo Dudayev Çatayevin mühafizəçisi olub.

S.Dudayev, həmçinin 2012-ci ildə Gürcüstanın Lapankurski dərəsində həyata keçirilən əməliyyatlarda da iştirak edib.