XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 10:44

Türkiyə və Amerika razılığa gəldi- İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə

Türkiyə və ABŞ İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə razılığa gəlib.

Azərtac xəbər verir ki, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı bu qərara gəliblər. Bu barədə Reuters məlumat yayıb.

Bundan başqa, dövlət başçıları arasında Ankaranın Vaşinqtondan hərbi avadanlıq alması, Suriyada müharibənin sülh yolu ilə başa çatdırılması müzakirə olunub.

Qeyd edək ki, bir müddət əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın Suriyadakı kürdlərə silah verilməsinin dayandırılacağına söz verdiyini bildirmişdi.