XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 12:37

İtən sualtı qayığın axtarışlarınaruslar dronlarla qoşulur

Atlantik okeanında itmiş Argentinaya məxsus “San Xuan” sualtı qayığının axtarışlarına dronlar da qoşulacaq.

Trend-in məlumatına görə, bunun üçün Rusiya və ABŞ öz avadanlıqlarını təklif edib.

Argentina Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbi qeyd edib ki, bu qurğular 6 min metrədək dərinlikdə axtarışlar apara biləcək.

Bununla belə, onun sözlərinə görə, xilasetmə işləri yalnız 600 metr dərinlikdə mümkündür.

Qeyd edək ki, göyərtəsində 44 nəfərin olduğu “San Xuan” sualtı qayığı noyabrın 15-də Atlantik okeanının cənubunda itib.