Noyabrın 24-də axşam saatlarında Batumidəki “Leogrand” otelində baş vermiş yanğınla bağlı yeni detallar aydın olub.
Azərtac xəbər verir ki, ölənlərin 8-i otelin liftində tüstüdən boğulub. Yanğı zamanı otelə verilən elektrik enerjisi kəsildiyi üçün liftdə qalanları xilas etmək mümkün olmayıb. Digər üç nəfərdən 1-i su hovuzunda, 2-si isə idman-trenajor zalında dünyasını dəyişib.
Xatırladaq ki, dünən gecə Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.
Beşulduzlu "Leogrand" mehmanxanası Batuminin ən yaxşı otellərindən biri hesab olunur. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Tikintisi 35 milyon dollara başa gələn oteldə 182 otaq var.