XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 14:56

Qazaxıstanda İŞİD əməliyyatı:- Bir qrup şəxs saxlanılıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları İŞİD terror təşkilatına dəstəyin təbliğatında şübhəli bilinən dörd Aktobe şəhər sakinini saxlayıb.

Bu barədə "Report" "Interfax"a istinadən xəbər verir.

"Həmin şəxslər mütəmadi toplanışların təşkili və Qazaxıstanda qadağan edilmiş İŞİD terror təşkilatına dəstəyin təbliğ edilməsində şübhəli bilinir", – MTK-nın məlumatında deyilir.

Komitədən bildirilib ki, şübhəlilərin saxlanılması terrorizmin təbliği faktı üzrə başlanmış cinayət işi çərçivəsində daxili işlər orqanlarının cəlb olunması ilə MTK tərəfindən həyata keçirilib.
İstintaq tədbirləri davam etdirilir.